Dövrün ən aktual və maraq doğuran sahələrindən birini bizimlə ÖYRƏNin!
Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının və "Tech Academy" təşkilatçılığı ilə Proqramın "Öyrən" istiqaməti çərçivəsində artıq ikinci dəfə tələbə-könüllülər üçün ödənişsiz "Proqramlaşdırma dünyasına səyahət" adlı təlim keçiriləcək.
Bura gələrək siz əldə edəcəksiniz:
- Proqramlaşdırmaya giriş;
- Proqramlaşdırma dillərinin inkişaf mərhələsi;
- Proqramlaşdırma dillərinin özəllikləri və istifadəsi.
Qeyd edək ki, Proqramlaşdırma – proqram yaratmaqla bağlı nəzəri və praktiki yaradıcılıq sahəsidir.
Tarix: 17.02.2019
Saat: 12:30
Məkan: INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi