İyulun 24-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramı təşkilatçılığı ilə keçirilən "Virtual BİR mən" layihəsi çərçivəsində tələbə-könüllülərin qazilərimizlə görüşü keçiriləcək.
Görüş Azərbaycan ordusunun zabiti, Aprel döyüşləri iştirakçısı, II qrup Qarabağ əlili və qazisi Əhliyət Mehdiyev və ehtiyatda olan baş gizir, II qrup Qarabağ əlili Elşən Cəbiyevin iştirakı ilə baş tutacaq.
İndi qeydiyyatdan keç və bizimlə BİR ol!
Qeydiyyat linki:
https://konullu.edu.az/az/tedbir/qazilerimizle-gorus-2020.html
Vebinara qoşulmaq üçün link qeydiyyatdan keçən iştirakçılara e-mail vasitəsilə göndəriləcək.
#bir #birkonullu #virtualbirmən #onlaynol #TəhsilNazirliyi #eduaz