Layihələrimiz

Siz bizə qoşularaq, proqramın sizə təklif etdiyi imkanlardan yararlana, eləcə də sosial aksiyalarda, təlimlərdə, fləşmoblarda, və s. iştirak edə bilərsiniz.

Tarix:
28.08.2020
Saat:
Məkan:
"Postpandemiya dövründə BİRlik" layihəsinin ilk təlimi

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Postpandemiya dövründə BİRlik" layihəsi çərçivəsində ilk əsas təlimi keçiriləcək. Təlim Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin işçi qüvvəsi üzrə baş koordinatoru Tural Hümbətov ilə Konfliktlərin idarə olunması -“sülh istəyirsənsə-mübarizəyə hazır ol”  mövzusunda baş tutacaq.