25 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumu keçiriləcək.
Dövlət rəsmiləri, beynəlxalq qurumların təmsilçiləri, təhsil müəssisələrinin nümayəndələri və tələbə-könüllülərin iştirakı ilə keçiriləcək Forumda könüllülük hərəkatının inkişafı və tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq.
Forum ötən il təşkil olunmuş 2-ci Forumun nəticələrinə, görülmüş işlərə, qarşıya qoyulan yeni məqsədlərə və fəal tələbə-könüllülərin mükafatlandırılmasına həsr olunacaq.
Sən də tələbə-könüllülərin forumunun iştirakçısı olmaq və o anları bizimlə BİRlikdə yaşamaq istəyirsənsə, indi “iştirak et” düyməsinə daxil ol və bizimlə BİR ol!