Layihələrimiz

Siz bizə qoşularaq, proqramın sizə təklif etdiyi imkanlardan yararlana, eləcə də sosial aksiyalarda, təlimlərdə, fləşmoblarda, və s. iştirak edə bilərsiniz.

Uğurlu Gələcəyə dəstək tədbiri!
Tarix:
01.11.2019
Saat:
Məkan:
Uğurlu Gələcəyə dəstək tədbiri!

Expressbank-dan Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının üzvlərinə dəstək!

Expressbank-da maarifləndirici layihələrin keçirilməsi artıq ənənə halını alıb. Gənc nəslin inkişafı, onların gələcək işgüzar fəallığa motivasiyası bankın korporativ-sosial məsuliyyətinin əsas prinsiplərindən biridir. Məhz bu səbəbdən 1 noyabr tarixində Bakı Kitab Mərkəzində (Baku Book Center) Expressbank tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının üzvləri üçün növbəti “Uğurlu gələcəyə dəstək” tədbiri keçiriləcəkdir.

Tədbirdə Biznes mentor, gəncləri işgüzar inkişafa motivasiya edən kitabların müəllifi Nadir Adilman ilə İqtisad Universiteti və iqtisad təmayüllü təhsil ocaqlarını təmsil edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının üzvlərinin görüşü planlaşdırılır. İşgüzar inkişaf yazarı gəncləri maraqlandıran aktual mövzulara toxunaraq, tələbələrin karyera quruculuğu sahəsində müxtəlif suallarını cavablandıracaq.

Görüş zamanı 100-dən artıq tələbəyə yazıçının imzası ilə kitab hədiyyə olunacaq, eyni zamanda Expresso debet kartının pulsuz əldə olunması üçün kupon təqdim ediləcəkdir. Eyni zamanda Expressbankın mütəxəssiləri tərəfindən, nağdsız ödənişlər və nağdsız ödənişlərin üstünlükləri barədə tələbə könüllülərə məlumat təqdim olunacaqdır.

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz