Bizim hər birimiz üçün eyni zaman verilir, gündə 24 saat. Təəssüflər olsun ki, biz ətrafımızda insanlardan tez-tez eşidirik ki, vaxt çatmır. İdmana, sağlamlığa, dostlara, ailəyə və şəxsi inkişafa vaxt çatmır. Çox vaxt insanlar şəraiti bəhanə edirlər: bəs necə, vaxt yoxdur axı.
Düzgün istifadə edərsək, bizim zamanımız və sağlamlığımız ən böyük sərmayəmiz olar. Ancaq eyni vaxtda əgər bu zamandan uzun müddət düzgün istifadə olunmazsa və ona qarşı laqeyd yanaşılarsa, bu ciddi problemə çevrilə bilər.
Vaxtı necə idarə etməli?
Vaxtı idarə etmək üçün hansı üsullardan istifadə edə bilərik?
Vaxtımızın oğruları nələrdi?
Bu suallara cavan tapmaq üçün sizi "Vaxtın səmərəli idarə edilməsi" təliminə dəvət edirik!
Məkan:Gənclər evi (28 may - Süleyman Rüstəm küçəsi 15 H)