Layihələrimiz

Siz bizə qoşularaq, proqramın sizə təklif etdiyi imkanlardan yararlana, eləcə də sosial aksiyalarda, təlimlərdə, fləşmoblarda, və s. iştirak edə bilərsiniz.

Onlayn ol, #BİR ol!
Tarix:
21.07.2020
Saat:
Məkan:
Onlayn ol, #BİR ol!

21 iyuldan etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə "Virtual BİR mən" adlı layihəyə start veriləcək.
Onlayn layihə çərçivəsində peşəkar təlimçi və müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə təlim, vebinar və görüşlər keçiriləcək.

 Əsas məqsəd tələbə-könüllülərin asudə vaxtının səmərəli dəyərləndirməsinə şərait yaradılması, bilik, bacarıqlarının artırılması və şəxsi inkişafının təmin olunmasıdır.

 Təlim, vebinar və görüşlər haqqında ətraflı məlumat və qeydiyyat tezliklə paylaşılacaq. Bizimlə bu layihədə BİR olmaq istəyirsinizsə, sosial şəbəkələrdəki səhifələrimizi izləyin.

#bir #birkonullu #virtualbirmən #onlaynol #TəhsilNazirliyi #eduaz