Layihələrimiz

Siz bizə qoşularaq, proqramın sizə təklif etdiyi imkanlardan yararlana, eləcə də sosial aksiyalarda, təlimlərdə, fləşmoblarda, və s. iştirak edə bilərsiniz.

Tarix:
3 gün
Saat:
Məkan:
"Yaşıl Qəsəbəm, Sağlam Həyatım" layihəsi ilə qarşınızdayıq

Sizi layihə çərçivəsində təşkil edilən təlimlər, seminarlar və master klasslara dəvət edirik. Təşkil edilən tədbirlər sayəsində siz ətraf aləm haqqında yeni və maraqlı biliklər əldə edəcək, doğma təbiətimizin sirlərinə daha yaxından bələd olacaqsınız. Bununla yanaşı tullantıların yenidən emalı haqda faydalı məlumatlarla tanış olacaq və "tullantılardan necə səmərəli istifadə etmək olar ?" sualına cavab tapacaqsınız 


 Layihənin məqsədi gəncləri ekoloji problemlərlə bağlı maarifləndirmək və həmin məsələlərin həlli üçün gənclərin birlikdə hərəkət etməsinə kömək olmaqdır. 

Qeyd edək ki, layihə Beynəlxalq Alman Əməkdaşlığı Təşkilatının texniki dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Mingəçevir Dövlət Universitetinin Ecoreview klubunun birgə təşkilatçılığı ilə həyata keçirilir.


Proqram müddəti: may ayı ərzində həftə sonu olmaqla 3 gün, saat 11:00-13:00 saat aralığında keçiriləcək. Layihədə iştirak etmək üçün müraciət formasını dolduraraq qeydiyyatdan keçmək tələb olunur. 


Qeydiyyat mərhələsini uğurla keçən şəxslərə elektron poçt vasitəsilə məlumat göndəriləcək.


Qeydiyyat linki: https://forms.gle/N4j6KkeUNeJx1EFE7


 Qeydiyyat üçün son tarix: 10 may 2023-cü il


Ünvan: Mingəçevir şəhəri