Layihələrimiz

Siz bizə qoşularaq, proqramın sizə təklif etdiyi imkanlardan yararlana, eləcə də sosial aksiyalarda, təlimlərdə, fləşmoblarda, və s. iştirak edə bilərsiniz.

Zəfərin Başlanğıcı
Tarix:
01.05.21-04.05.21
Saat:
Məkan:
Zəfərin Başlanğıcı

Könüllülərin zəfər ayı - Aprel!

 

Tələbə-könüllülər və aprel döyüşlərinin iştirakçıları "Zəfərin başlanğıcı" adlı layihədə #BİR olacaqlar.

 

1 - 5 aprel tarixlərində "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı və "Böyük Qayıdış" Gənclər Təşkilatının dəstəyi ilə aprel döyüşlərinin 5 illiyinə həsr olunmuş "Zəfərin başlanğıcı" adlı layihə keçiriləcək.

 

Layihənin məqsədi vətənpərvərlik hissinin yüksəldilməsi üçün tələbə-könüllülər və aprel döyüşləri iştirakçıları arasında görüş və müxtəlif yarışların keçirilməsidir.

 

Ətraflı məlumat qeydiyyatdan keçən könüllülərə veriləcək.


#bir #birkönüllü #Zəfərinbaşlanğıcı #TəhsilNazirliyi #eduaz