Azərbaycan Dövlət İqtisad Universiteti

     1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti kiçik bir fakültədən bu gün Azərbaycanın ən aparıcı müəssisələrindən biri olaraq Qafqazın ən böyük ali iqtisad təhsil ocaqlarından birinə çevrilməklə, ölkəmizdə sənaye, kənd təsərrüfatı, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment kimi mühüm sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlandığı əsas mərkəz hesab olunur.

     UNEC-də 11 fakültə fəaliyyət göstərir,21 ixtisas üzrə 18 mindən çox tələbə və magistrant təhsil alır. 2013/2014-cü tədris ilinin sonuna olan məlumata əsasən, UNEC-də dünyanın 21 ölkəsindən 282 nəfər əcnəbi tələbə təhsil alır.

     Mindən çox müəllim, o cümlədən sıralarında Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvləri, Dövlət Mükafatı laureatları, əməkdar müəllim və elm xadimlərinin olduğu 120 professor, 600 dosent çalışır.

     UNEC-də dünyanın 12 ölkəsindən olan 850-dən çox tələbə və magistrant təhsil alır.

     Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.

     UNEC dünyanın qabaqcıl universitetləri ilə ikili diplom proqramlarının yaradılmasına xüsusi əhəmiyyət verir. Bu istiqamətdə atılmış ilk uğurlu addım kimi, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti ilə “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə birgə MBA proqramının yaradılması xüsusi vurğulanmalıdır.

     Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, UNEC dünyanın 32 ölkəsinin 92 universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.

 

Ünvan: I tədris binası - Bakı şəhəri, İstiqlaliyyət, 6; II tədris binası - Bakı şəhəri, Həsən Əliyev, 135; III tədris binası - Bakı şəhəri, Murtuza Muxtarov , 194; IV tədris binası - Bakı şəhəri, Abbas Səhhət, 45 A

Website: unec.edu.az

E-mail: qaynarxett@unec.edu.az

 

 


XƏBƏRLƏR

Könüllü olmaq zamandan, məkandan asılı deyil! Məhz elə bunun &... ətraflı oxu

“BİR” TƏQVİM



Universitetin könüllülərinin siyahısı
  • Seymur Huseynov
  • Lamiye Babayeva
  • Nuridə  Aslamazlı
  • Fatimə Ağayeva
  • Qurbanov  Sozakli
  • Orxan Nuriyev
  • Renat Əliyev
  • Fidan Qarayeva
  • Yetər Feziyeva
Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 10

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12