Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M.F.Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı. 
1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb və 1968-ci ildən bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılmağa başlayıb. 

   Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi fəaliyyət göstərən bu ali məktəbdə 5 fakültə, 25 kafedra mövcuddur, 19 ixtisas üzrə isə mütəxəssis hazırlanır. 
Hazırda universitetdə 2261 bakalavr tələbə, 125 magistrant, doktorant və dissertant təhsil alır. 43 professor, 93 dosent olmaqla ümumilikdə 312 müəllim heyəti çalışır.

   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Beynəlxalq Əlaqələr üzrə fəaliyyət göstərən şöbədə həm Avropa, həm də Şərq ölkələrinin təhsil qurumları ilə məqsədyönlü əlaqələr yaradılır. Beləki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Respublikamızın incəsənət təmayüllü ali məktəbləri sırasında ilk təhsil ocağıdır ki,Avropa İncəsənət Universitetlər Liqasının (ELİA) üzvlüyünə daxil olub. 

   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 23 Xarici ölkənin 55 ali məktəbi ilə sıx əlaqə yaradıb. Universiteti 27 ali məktəblə müqavilə bağlayıb, müştərək təhsil, elm, mədəniyyət sahəsində əməkdaşlıq mübadiləsini həyata keçirir. Bu gün, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Türkiyə Respublikasının 11 universiteti ilə: Memar Sinan Universiteti, Trakiya Universiteti, Süleyman Dəmirəl adına Sparta Universiteti, Sakarya Universiteti, Beykənt Universiteti, İstanbul Kültür Universiteti, Erciyes Universiteti, Hacıtəpə Universiteti, Harran Universiteti, Qazi Universiteti. 

   ADMİU-da bakalavr və magistr tələbələrin, həmçinin doktorant və dissertantların müasir metodologiyalara əsaslanan elmi-tədqiqat işlərinin təşkilinə böyük diqqət verilir. Tələbələrin elmi-tədqiqat işləri universitet, respublika və beynəlxalq səviyyədə təşkil olunmuş elmi konfrans, seminar, fənn olimpiadaları, yaradıcı layihələrdə öz əksini tapır. Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müvafiq qərarlarına əsasən ənənəvi olaraq ADMİU-da «Mədəniyyət: problemlər və perspektivlər» adlı doktorant və gənc tədqiqatçıların respublika, 2011-ci ildən isə beynəlxalq status almış elmi konfransları təşkil olunur. Konfransda mədəniyyət və incəsənət təmayüllü başqa ali məktəblərin gənc tədqiqatçıları da iştirak edirlər. ADMİU-nun bakalavr və magisr tələbələri ənənəvi olaraq Təhsil Nazirliyi tərəfindən təşkil edilən «Ali məktəb tələbələrinin respublika elmi konfransı»nda da fəal iştirak edirlər. Konfransın «Mədəniyyətşünaslıq» bölməsində uğurla çıxış edən tələbələr dəfələrlə Təhsil Nazirliyi tərəfindən mükafatlandırılmış, diplomlarla təltif olunmuşlar. Onların elmi əsərləri bir çox nüfuzlu xarici ölkə nəşrlərində çap edilmişdir.

 

Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.

Tel: (+994 12) 538-76-06, (+994 12) 510-52-55 (Mətbuat xidməti)

Fax: (+994 12) 538-93-48

E-mail: info@admiu.edu.az

Website: www.admiu.edu.az

 


XƏBƏRLƏR

"Bir" Tələbə-Könüllü proqramı məhz sənin ü&cced... ətraflı oxu

“BİR” TƏQVİM



Universitetin könüllülərinin siyahısı
  • Meryem Hesenova
  • Sebine Huseynzade
  • Anar Əlizadə
  • Savud Qeribli
  • Cavid Memmedzade
  • Şəhla Abdullayeva
  • Qasımov Nadir
  • Ayxan Orucov
  • Gulaver Letifova
  • Türkan Hüseynova
  • Ferid Huseynli
  • Günel İbrahimli
  • Güldanə İsmayılzadə
  • İlhamə Məmmədova
  • Rəfi Qurbanzadə
  • Natiq Yusibov
  • Huseyn İbrahimov
  • Rəfail  İskəndərov
  • Könül Ələkbərova
  • Mehriban Rəcəbova
  • Eleanora Mehdiyeva
  • Aqil Rustemov
  • Ziba Şücai
  • Türkan Məmmədli
  • Orxan Agababli
Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 10

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12