Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

     Universitetin yaranma tarixi 1920-ci ilə təsadüf edir. İlk yarandığında Azərbaycan Politexnik İnstitutu adlandırılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 3 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılmışdır.

     Hazırda respublikada fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti ADNSU-nın ayrı-ayrı fakultələri əsasında yaradılmışdır. Respublika prezidenti H.Əliyevin vaxtilə dediyi "İnstitut öz varlığı ərzində bütün ölkədə ali təhsilin, xüsusən ali neft təhsilinin inkişafına sanballı kömək göstərmişdir", "institutun respublikamız qarşısında xidmətləri böyükdür", "institutu bitirən kadrlar Azərbaycanın mühəndis-texniki və elmi işçilərinin özəyi olmuşdur" sözləri Azərbaycan Dövlət Neft Akademiyasının fəaliyyətinə verilən ən layiqli qiymətdir.

     Strateji əhəmiyyətli sahə olan yanacaq-enerji və kimya texnologiyası kompleksi üçün hazırlanan gələcək mütəxəssislərin təlim-tərbiyəsi ilə 100-dən çox elmlər doktoru, professor, 600-dən çox elmlər namizədi, dosent məşğul olur. Bunların sırasında Respublika Elmlər Akademiyası və beynəlxalq akademiyaların bir çox həqiqi və müxbir üzvləri vardır. Elm və texnika sahəsi üçün mütəxəssis hazırlığında akademiyada 63 kafedra fəaliyyət göstərir.

     ADNSU-da aspirantura və doktorantura şöbələri fəaliyyət göstərir. Ötən 79 il ərzində akademiya 70000-dən çox mühəndis, 2000-dən çox elmlər namizədi və 250-dən çox elmlər doktoru hazırlamışdır. Akademiyada yüksəkixtisaslı mühəndis və elmi kadrların hazırlanmasında iki elmi-tədqiqat institutu, 32 elmi-tədqiqat problem laboratoriyası, "Sənaye müəssisələri işçilərinin ixtisasartırma və yenidən hazırlanma institutu" fəaliyyət göstərir.

      ADNSU-da 60-dan çox ölkə üçün 300 nəfər mühəndis, bakalavr və magistr dərəcəli texniki kadr və 270 nəfər elmlər namizədi və doktoru hazırlanmışdır. Xəzərin akvatoriyasında və quruda yeni yataqların işlənməsi, neft konsorsiumlarının fəaliyyətə başlaması, xarici ölkə şirkətləri ilə əməkdaşlıq və onun gələcək perspektivləri ADNSU qarşısında bazar iqtisadiyyatı şəraitində işləyə bilən, müasir texnika və texnologiyanı mənimsəyən və tətbiq etməyi bacaran mütəxəssislərin hazırlanmasını tələb edir. Qarşıya çıxan bu vacib məsələlərin həlli ilə əlaqədar "ADNSU-nın inkişaf proqramı" hazırlanıb.

     ADNSU-nun 1 milyona yaxın kitab fondu olan kitabxanası, informasiya hesablama mərkəzi, tədris vəsaitləri çap edən nəşriyyatı, 7 korpuslu tələbə şəhərciyi, 3 tədris korpusu, tələbə poliklinikası və xəstəxanası, idman kompleksi, Nabranda istirahət zonası vardır.

     Akademiyada "Elmi əsərlər", "Azərbaycan ali texniki məktəblərinin xəbərləri" adlı məcmuələr, "Neft kadrları uğrunda" adlı çoxtirajlı qəzet nəşr olunur. ADNSU-nun məzunlarından 50 nəfərdən çox Azərbaycan EA-nın həqiqi və müxbir üzvü, 150 nəfərdən çox Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanı, 70 nəfərə yaxın Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Ünvan:  Azadlıq prospekti 20

Tel: (+994 50) 339-88-96 / (+994 51) 778-47-90

Website: asoiu.edu.az


XƏBƏRLƏR

"Bir" Tələbə-Könüllü proqramı məhz sənin ü&cced... ətraflı oxu

“BİR” TƏQVİM



Universitetin könüllülərinin siyahısı
  • Əziz Bəkirov
  • Fərhad Quluzədə
  • Cəfərsadiq Xxx
  • Rüfət Kamilov
  • Mirtağı Həsənov
  • Elnarə Abdullazadə
  • Nərmin Əlihüseynova
  • Tural Kazımov
  • Salman Ismayilov
  • Gülçöhrə Kərimli
  • Orxan Əzizli
  • Leyla Məmmədzadə
  • Atin Fərmanlı
  • Ülfət Mustafayev
  • Cavid Suleymanov
  • Fidan Tağızadə
  • Ramile Qurbanova
  • Leman Aghali
  • Aslan Yusifli
Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 10

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12