-
-
"BİR" Tələbə - Könüllülər "Vətən var olsun!" flaşmobunda iştirak edəcək!27.09.2021
-
İkinci Qarabağ müharibəsi – dövlətçilik tariximizin ən şərəfli səhifəsi09.09.2021
-
"BİR" Tələbə - Könüllülər Bakı Təhsil İşçilərinin Sentyabr Konfransında21.09.2021
-
Bakalavr səviyyəsi üzrə tədrisə gələcək tələbələrə tələbə-könüllülər öz könüllü dəstəklərini göstərə07-23.09.2021
-
-
-
"BİR" Tələbə - Könüllülər “Təhsil və Media Dialoqu” tədbirində!16-17.09.2021
-
-
“Böyük Dəbilqə” beynəlxalq cüdo turnirində #BİR olaq!05-07.11.2021
-
"Bir Könüllü" Təşkilatı 2021-ci il noyabr-yanvar ayları üzrə Təcrübə Proqramı elan edir!2021

Azərbaycanın ali məktəblərində xarici dillərin tədrisinə keçən əsrin 20-ci illərində başlanmış, 1936/37-ci tədris ilində işə ilk dəfə olaraq APİ-də müstəqil xarici dillər kafedrası yaradılmışdır. İnstitutun inkişafına həmişə böyük qayğı göstər göstərmiş ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Dillər İnstitutu fəaliyyəti genişləndirilməklə Azərbaycan Dillər Universitetinə çevrildi.
Hazırda 20-yə yaxın ixtisas üzrə mütəxəssis hazırlanan universitetdə 4 fakültə, 28 kafedra, çoxlu sayda elmi mərkəzlər, laboratoriyalar fəaliyyət göstərir, qısa müddət ərzində tələbələrin sayı iki dəfə artaraq 3000-dən 6000-ə çatmışdır. Universitetdə 3 ixtisas üzrə daimi Dissertasiya Şurası fəaliyyət göstərir: “German dilləri”, “Dünya ədəbiyyatı”, “Təlim və tərbiyənin nəzəriyyəsi metodikası”.
Respublikanın təhsil sistemində aparılan islahatlara çevik reaksiya verən ADU dövlət ali məktəbləri arasında ilk dəfə bütünlüklə kredit sistemli təhsilə keçib. Bu prosesin əsas prinsiplərindən olan keyfiyyətin təminatını daim diqqət mərkəzində saxlamaq, xarici partnyorlarla əməkdaşlığı daha yaxşı qurmaq məqsədilə Tempus layihəsi çərçivəsində “Keyfiyyətin təminatı” mərkəzi yaradıldı. Xarici ölkələrin qabaqcıl ali məktəbləri ilə əlaqələr günü-gündən genişləndirilir. Türkiyənin, Amerikanın, İngiltərənin, Fransanın və Avropanın digər ali məktəbləri ilə əlaqələr daha intensiv şəkil alır, qarşılıqlı müqavilələr bağlanır, müəllim və tələbə mübadiləsi genişlənir, diplomların tanınması istiqamətində intensiv iş aparılır.
Tələbələrin ideya-siyasi, etik-əxlaqi və mənəvi dünyagörüşlərinin formalaşmasına müsbət təsir etmək istiqamətində də ciddi uğurlar qazanılmışdır. Bu sahədə çoxtirajlı “Poliqlot” qəzetinin, Tələbə Gənclər və Tələbə Həmkarlar təşkilatlarının rolu böyükdür. Tələbələrin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə mütəmadi olaraq intellektual oyunlar, idman yarışları, rəsm sərgiləri, tarixi yerlərə səyahətlər təşkil edilir, tələbələrin iştirakı ilə maraqlı konsertlər, bədii gecələr, teatr tamaşaları göstərilir.
Ünvan: R.Behbudov 134
Tel: (+994 12) 441-22-31
Website: adu.edu.az