-
-
"BİR" Tələbə - Könüllülər "Vətən var olsun!" flaşmobunda iştirak edəcək!27.09.2021
-
İkinci Qarabağ müharibəsi – dövlətçilik tariximizin ən şərəfli səhifəsi09.09.2021
-
"BİR" Tələbə - Könüllülər Bakı Təhsil İşçilərinin Sentyabr Konfransında21.09.2021
-
Bakalavr səviyyəsi üzrə tədrisə gələcək tələbələrə tələbə-könüllülər öz könüllü dəstəklərini göstərə07-23.09.2021
-
-
-
"BİR" Tələbə - Könüllülər “Təhsil və Media Dialoqu” tədbirində!16-17.09.2021
-
-
“Böyük Dəbilqə” beynəlxalq cüdo turnirində #BİR olaq!05-07.11.2021
-
"Bir Könüllü" Təşkilatı 2021-ci il noyabr-yanvar ayları üzrə Təcrübə Proqramı elan edir!2021

Azərbaycan Memarlıq və İnşaat Universiteti Bakı şəhərində yerləşir. Tədris azərbaycan, rus və ingilis dillərində aparılır. Əsası 1975-ci ildə qoyulmuş univesitetin ümumi sahəsi 49000m2 olan 5 tədris korpusu, tələbə şəhərciyi vardır. Şəhərcikdə xarici tələbələr üçün 9 mərtəbəli 1 yataqxana korpusu və kommersiya əsasında fəaliyyət göstərən "Damla" korpusu yerləşir. Universitetin nəzdində İnşaat Kolleci və texniki təmayüllü Lisey fəaliyyət göstərir.
Azərbaycan Memarlıq və İnşaat Universiteti 1920-ci ildə Bakı Politexnik Universitetinin tərkibində "İnşaat" fakültəsi, 1932-34-cü illərdə sərbəst İnşaat İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun tərkibində "İnşaat" fakültəsi kimi fəaliyyət göstərmişdir. 1951-ci ildə Azərbaycan Politexnik İnstitutunun yaranması ilə əlaqədar "İnşaat" fakültəsi oraya köçürülmüşdür. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır. 1992-ci ildən İnstitut Universitet statusu almışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır.
Universitet alimləri tədqiqat apardıqları sahələr üzrə respublikada fəaliyyət göstərən müəssisələr, şirkət sahibləri, memarlar, mütəxəssislər, istehsalatdan olan mütəxəssislərlə tez-tez görüşürlər, onlara memarlığın, inşaatın inkişaf etdirilməsinə dair tövsiyyələrini verirlər. 2013-cü il ərzində Azərbaycan Memarlıq və İnşaat Universiteti Xarici ölkələrlə elmi əməkdaşlığı genişləndirmişdir. Bu əməkdaşlıq çərçivəsində bir çox beynəlxalq tədbir və görüşlər keçirilmişdir.
2006-2007-ci tədris ilindən başlayaraq Universitetdə tədrisin Boloniya Deklorasiyasına uyğun təşkilinə başlanılmışdır. Hal-hazırda Universitetin bütün ixtisasları üzrə həm bakalavr həm də magistr pillələri üzrə mütəxəssis hazırlığı Avropa kredit transfer sisteminin tələblərinə uyğun təşkil olunmuşdur. Tədrisin təşkili Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Kredit sisteminə aid Əsasnamələr”ə uyğun qurulmuşdur.
Hazırda universitetdə 7036 tələbə təhsil alır, xarici vətəndaşların təhsili fakültəsində 14 ölkədən 620 nəfər tələbə oxuyur , tədris 3 dildə - azərbaycan, rus və ingilis dillərində aparılır.
Ünvan: Mammad Rahim, Bakı
Tel: (+994 12) 539-07-25
Website: azmiu.edu.az
E-mail: info@azmiu.edu.az