Azərbaycan Milli Konservatoriyası

     2000-ci ildə Azərbaycan milli musiqisinin inkişaf fəaliyyəti genişlənərək ayrıca milli tədris ocağının yaranması zərurətini yaradır.Bu tələbatı nəzərə alan Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev 2000-ci il 13 iyun tarixli qərarı ilə “Azərbaycan Milli Konservatoriyası”nın təsis edilməsi haqqında xüsusi fərman verir.

     Hal-hazırda AMK-da iki fakultə(ifaçılıq və tarix-nəzəriyyə) fəaliyyət göstərir.Hər iki fakultənin nəzdində 8 kafedra vardır: “Xalq çalğı alətləri”, “Solo oxuma(xanəndə)”, “Xalq çalğı alətlərinin orkestrləşdirilməsi və dirijorluğu”, “Milli musiqinin tarixi və nəzəriyyəsi”, “Musiqinin tarixi və nəzəriyyəsi”, “İnstrumental muğam”, “Ümumi fortepiano”, “İctimai fənlər” AMK-nın professor-müəllim heyətinin tərkibi xalq çalğı alətləri üzrə görkəmli musiqiçilər,peşəkar dirijor , xanəndə, tanınmış musiqişünas,bəstəkar və ictimai fənlər sahəsində görkəmli bir çox alimlərdən ibarətdir. Konservatoriyada 200dən artıq müəllim çalışır. Onlardan 21 nəfəri xalq artisti,14 nəfər əməkdar incəsənət xadimi, 18 nəfər əməkdar artist,11 nəfər əməkdar müəllim ,25 nəfəri sənətşünaslıq namizədi, 3 nəfər elmlər namizədi, 2 nəfər elmlər dokktoru,6 nəfəri sənətşünaslıq doktoru olmaqla müxtəlif elmi və fəxri adlara malikdirlər.

     Konservatoriyada təhsil iki pilləlidir.Bakalavr (4 illik gündüz şöbəsi)üzrə 180 nəfər, magistr (2 illik gündüz şöbəsi) üzrə 21 nəfər, qiyabi təhsil üzrə isə 10 nəfər tələbə müxtəlif ixtisaslar üzrə təhsil alırlar.AMK-nı bakalavr və magistr pillələri üzrə müxtəlif ixtisas dərəcələrilə 133 məzun(bakalavr üzrə 90, magistr üzrə 43 nəfər)bitirmişdir.Hal-hazırda konservatoriyada 216 tələbə təhsil alır. Onlardan 5 nəfəri xarici ölkə vətəndaşıdır.

     Konservatoriyanın bir çox müəllim və istedadlı tələbələrinin yüksək səviyyəli elmi və ifaçılıq yönümdə çıxışlarının sorağı xarici ölkələrdən –Türkiyə, İran, Fransa,Rusiya ,Amerika, Kanada,Ərəb ölkələri,Yaponiya,Orta Asiya Respublikaları və s.-dən gəlir.

 

Ünvan: Yasamal rayonu Ələsgər Ələkbərov 7
Tel:  (994 12) 539-70-47
Fax: (994 12) 539-70-48

Website: conservatory.az
E-mail: national@conservatory.az


XƏBƏRLƏR

"Bir" Tələbə-Könüllü proqramı məhz sənin ü&cced... ətraflı oxu

“BİR” TƏQVİM



Universitetin könüllülərinin siyahısı
  • Muradxan Oruclu
  • Dinarə Həsənova
  • Məleykə Xxx
  • Ismayil Agazade
  • Bahar Huseynli
  • Pervane Eliyeva
  • İlahe Qurbanova
  • Vefa Bagirzade
  • Araz Fətaliyev
  • Tansu Rəsulova
  • Aybəniz Miriyeva
  • Sevinc Aliyeva
  • Ilqar Kərimov
  • Faiq Yusifli
  • Aysel Bəşirova
  • Aynur Agayeva
  • Aişə Qayıbova
  • Aləm İsayev
  • Türkən Musayeva
  • Meryam Memmedzade
  • Saida Babışova
  • Orxan Idrisov
  • Nərmin Şahmurova
  • Aytac Mehdiyeva
  • Riad Cəbrayılov
Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 10

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12