Azərbaycan Rəssamlıq Akademiyası

   13 iyun 2000- ci ildə Ümummilli lider, Azərbaycan Respublikası Prezidentinin Heydər Əliyevin xüsusi fərmanı ilə təsis edilən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının görkəmli sənətkar Xalq rəssamı, Milli Elmlər Akademiyasının və Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü akademik Ömər Eldarov rektor təyin edildi.

    Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında respublikanın ən tanınmış heykəltaraş və rəngkarları, qrafik və dizaynerləri, dekorativ- tətbiqi sənətin müxtəlif sahələrinin ən tanınmış nümayəndələri çalışır.Bugün çoxprofilli tədris ocağı olan akademiyada 7 ixtisas və 20 ixtisaslaşma üzrə yüksək ixtisaslı rəssam kadrları hazırlanır. Akademiyanın məzunlarının yiyələndikləri bilik və bacarıqlar onlara təsviri sənətin bütün sahələrində çalışmaq imkanı verir.

    Akademiya təhsilin bütün formaları üzrə rəngkarlıq, heykəltaraşlıq, qrafika, incəsənət tarixi və nəzəriyyəsi,  dizayn, memarlıq, dekorativ tətbiqi sənət ixtisasları üzrə təhsil fəaliyyətini qanunvericiliklə müəyyən  edilmiş qaydada lisenziya və akkreditasiya əsasında həyata keçirilir. Akademiyada rəhbərlik rektor Ömər Eldarov və onun sədr olduğu Elmi şura tərəfindən aparılır.

   Akademiyada tədris prosesinə tanınmış sənətkarlar, təcrübəli mütəxəssis və müəllimlər: 12 Xalq rəssamı, 5 Əməkdar incəsənət xadimi, 14 Əməkdar rəssam, 3 Əməkdar memar, 2 Əməkdar mədəniyyət işçisi, akademik, 22 elmlər namizədi, 5 elmlər doktoru, 25 professor və 55 dosent cəlb edilib. Akademiyanın rəhbərliyi kadr seçimində ən istedadlı məzunlarımızın pedaqoji fəaliyyətə cəlb edilməsinə üstünlük verir.

   Rəssamlıq Akademiyasının  tərkibinə daxil olan “Muzey- sərgi kompleksi”nə Rusiyanın İ.E. Repin adına Rəngkarlıq, Heykəltaraşlıq və Mmemarlıq Dövlət Akademik İnstitutunun məzunu, sənətşünas Lalə Eldarova rəhbərlik rəhbərlik edir.Muzey- sərgi kompleksinin nəzdində yaradıcılıq studiyaları və “İstedad” hazırlıq kursları fəaliyyət göstərir. Akademiyanın bu illər ərzində tələbə və məzunların ən yaxşı işləri toplanmış metodik fond var.

   Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Türkiyə və İran İslam Respublikasının müvafiq qurumları ilə sıx əməkdaşlıq edir.

Burada 102 nəfər professor-müəllim heyəti, o cümlədən 2 nəfər elmlər doktoru, 13 nəfər professor, 7 nəfər elmlər namizədi, 13 nəfər dosent fəaliyyət göstərir.

   Hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 700-dən artıq tələbə təhsil alır. Eyni zamanda universitetin tələbələri xarici ölkələrdə təhsillərini davam etdirirlər.

   Akademiyada bakalavr hazırlığı üçün 4 il, magistr hazırlığı üçün 2 il vaxt norması nəzərdə tutulmuşdur. Təhsil ödənişli və ödənişsiz əsaslardadı. Burada əyani və qiyabi şöbələr fəaliyyət göstərir. Universitetdə yüksək ixtisaslı elmi işçilərin hazırlanmasına xidmət edən aspirantura fəaliyyət göstərir.

   Azərbaycan Dövlət Rəssamlıq Akademiyası dizayn, rəsm, teatr dekorasiyası sənəti, qrafika kimi ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasımda aparıcı ali məktəbdir. 

 

Ünvan: AZ 1029, Bakı şəhəri, H.Əliyev prospekti 26.

Tel:  (+994) 12 566-98-34    
Fax: (+994) 12 566-56-37
E-mail: info@azra.edu.az

Website: azra.edu.az

 


XƏBƏRLƏR

Könüllü olmaq zamandan, məkandan asılı deyil! Məhz elə bunun &... ətraflı oxu

“BİR” TƏQVİM



Universitetin könüllülərinin siyahısı
  • Aysun Ceferova
  • Nəsrin Şirinova
  • Selime Memmedzade
  • Nigar Mehdizadə
  • Emiliya Həsənova
  • Cemile Alisova
  • Ayten Yolcuyeva
  • Şövkət xanım Kərimova
  • Nigar Tağıyeva
  • Mohammad Bhuiyan
  • Nərmin Quliyeva
  • Lamiyə Atakişiyeva
  • Reyhan Sultanova
  • Reyhan Sultanova
  • Fəridə Ağazadə
  • Aysel Cebrayılova
  • Nigar Memmedli
  • ülvi Qaffarov
  • Sevil Bağırova
  • Pərvanə Bayramova
  • Simuzer Ehmedzade
  • Sevinc Aliyeva
  • Nermin Xidirova
  • Dilber Hesenova
  • Nigar Tağıyeva
Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 10

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12