Azərbaycan Texniki Universiteti

     Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində tərkibində 4 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılmışdır.

     Universitetdə “Nəqliyyat”, “Elektrotexnika və energetika”, “Radiotexnika və rabitə”, “Metallurgiya”, “Maşınqayırma”, “Avtomatika və kompüter texnikası”, “Texnoloji maşınlar”, “Mühəndis biznesi və menecment”, “Xarici vətəndaşların təhsili” , “Xüsusi Texnika və Texnologiya” fakültələri fəaliyyət göstərir. Bu fakültələrin 46 kafedrasında 600 nəfərdən artıq professor-müəllim heyəti, o cümlədən 68 professor, elmlər doktoru, 332 dosent, elmlər namizədi (PHD) çalışır. Alimlik dərəcəsi almaq üçün 50-dən artıq yerli və xarici ölkə mütəxəssisləri elmi araşdırmalar aparır. Universitetdə texniki elmlərin müxtəlif istiqamətlərində alimlik dərəcəsi verən iki İxtisaslaşdırılmış Elmi Şura fəaliyyət göstərir.

     Universitet BMT, YUNESKO, TRASEKA və digər Beynəlxalq Təşkilatların müvafiq strukturları, bir çox xarici ölkələrin tanınmış universitetləri ilə sıx əməkdaşlıq edir. Müxtəlif dövrlərdə Universitetdə 40-dan artıq xarici ölkənin vətəndaşları təhsil almış və hazırda təhsil almaqda davam edirlər.

     Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra universiteti dünyanın aparıcı universitetləri ilə birbaşa əlaqələr yaratmaq imkanı əldə etmiş, ABŞ, Almaniya, Fransa, İspaniya, Koreya, Hollandiya, İsveç, Avstraliya, Türkiyə, Rumıniya, Rusiya, Ukrayna, Belorus, Latviya, Litva, Qazağıstan və digər ölkələrin universitetləri ilə elm, təhsil, tələbə-müəllim mübadiləsi sahələri üzrə 100-dən artıq əməkdaşlıq müqavilələri imzalanmışdır.

     Universitetin müasir avadanlıqlarla təchiz edilmiş auditoriya və laboratoriyalarında Boloniya prosesi ilə təsbit edilən kredit sisteminə uyğun tədris planları əsasında müasir elmin və texnikanın problemlərini həll edə biləcək 7500-dən çox tələbə bakalavr və magistr pillələrində təhsil alır. Universitet ölkəmizin iqtisadi məsələlərinin həllində və ictimai həyatında fəal iştirak edir.

    

 

Ünvan: H.Cavid av,. 25 Baku, Azerbaijan AZ 1073 Azerbaijan Technical University

Tel: (+994 12) 538-33-83

Fax: (+994 12) 538-32-80

Website: aztu.edu.az

E-Mail: ird@aztu.edu.az


XƏBƏRLƏR

Könüllü olmaq zamandan, məkandan asılı deyil! Məhz elə bunun &... ətraflı oxu

“BİR” TƏQVİM



Universitetin könüllülərinin siyahısı
  • Humay Cavadzadə
  • Seymur İmanlı
  • Aytan Gashamzade
  • Ilkin Ismayilov
  • Göyçək Rzayeva
  • Orxan Qədirli
  • Yusif Xəlilov
  • Kənan Ağayev
  • Elmir Quliyev
  • Ceyhun Bayramov
  • Teymur Imanli
  • Alim Babazadə
  • Ülvi Bəndəliyev
  • Aysel Kərimli
  • Baxşı Sadiqov
  • Zəka Qurbanov
  • Nurlan Məmmədov
  • Elburus Şalbuzov
  • Çingiz Mustafayev
  • Elçin Deyyanov
  • Qərib Orucov
  • Fəridə Atayeva
  • Xəyyam Manaflı
  • Zabil Memmedov
  • Nadim Şükürov
Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 10

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12