Azərbaycan Texnologiya Universiteti

    Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında» 13.06.2000-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin 11.07.2000-ci il tarixli 691 saylı əmri ilə Azərbaycan Texnologiya İnstitutunun profili genişləndirilməklə Azərbaycan Texnologiya Universiteti yaradılmışdır.

   Respublika ali məktəbləri arasında 1982-ci ildə keçirilən yarışda Azərbaycan Texnologiya İnstitutu ikinci yer, 1983 və 1984-cü illərdə isə birinci yer tutaraq Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Həmçinin 1984-cü ildə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan LKGİ MK-nın Keçici Qırmızı Bayrağı ilə təltif olunmuşdur.

   Universitetdə hazırda 4 fakültə, 19 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-tədqiqat laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3 iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 kv.m.) və tələbə şəhərciyi fəaliyyət göstərir.

   Universitetdə Mexanika və Metallurgiya mühəndisliyi,Qida və Tekstil mühəndisliyi, İqtisadiyyat və İdarəetmə, Avtomatika, Telekommunikasiya və İnformatika fakültələri fəaliyyət göstərir.

Universitetdə 1983-cü ildən çoxtirajlı "Texnoloq" qəzeti və 2004-cü ildən isə "Elmi xəbərlər" məcmuəsi nəşr olunur.

Universitetdə elmi-tədqiqat işləri əsasən təbiət-texnika, texnika və mühəndis iqtisadiyyatı istiqamətləri üzrə aparılır.

Universitetdə yeyinti, toxuculuq və yüngül sənaye sahələri üzrə mühəndis–mexaniklər və mühəndis–texnoloqlar hazırlanırlar.

 

Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103

Tel:  (+994 22) 57-56-29

Website: atu.edu.az

E-mail: info@atu.edu.az


XƏBƏRLƏR

Könüllü olmaq zamandan, məkandan asılı deyil! Məhz elə bunun &... ətraflı oxu

“BİR” TƏQVİM



Universitetin könüllülərinin siyahısı
  • Nəhmətov Tamerlan
  • Faiq Şükürov
  • Həsən Hüseynov
  • Allahverdi Ibrahimov
  • Natiq Ağayev
  • Resad Abbasov
  • Rafiq Hüseynov
  • Kamran Seyfullayev
  • Refi Nesibli
  • Elmdar Qurbanli
  • Tuqay Novruzova
  • Asiman Kərimli
  • Valeh Shirelizade
  • Mehemmed Memmedov
  • Könül Qədimova
  • Oqtay Salamzadə
  • Dönməz Hüseyinov
  • Cahangir Abusəlimov
  • Mehdi Abbasov
  • Vusal Abdullayev
  • Cefer Memiyev
  • Anar Oruclu
  • Pərviz Elizade
  • Cabbar Cabbarli
  • Isgəndər Vəlizadə
Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 10

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12