Bakı Dövlət Universiteti

     Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cüm­huriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Cəmi 44 əməkdaşla fəaliyyətə başlayan universitetin 17 fakültə, 127 kafedra, 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi və 24 Elmi Tədqiqat Laboratoriyalarında 3041 nəfər əməkdaş çalışır. Bolonya təhsil sisteminə qoşulmuş universitetdə kompyuter texnologiyasının tətbiqi sahəsində böyük işlər görülmüş, ayrıca İnformasiya Texnologiyaları Mərkəzi, bütün fakültələrdə isə hər birində onlarla kompyuter olmaqla, 20 elmi-tədqiqat sinfi yaradılmış və müəllimlərlə təmin edilmişdir.

     BDU-da ali təhsilin hər üç səviyyəsində – bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı Avropa kredit transfer sisteminə uyğun həyata keçirilir.

Hazırda universitetin 17 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavriaturada 60 ixtisas, magistraturada 197 ixtisaslaşma, doktorantura səviyyəsində 70 ixtisas üzrə 20 minə yaxın tələbə, magistrant və doktorant təhsil alır.

     İxtisaslar üzrə tədris prosesinin təşkili ali təhsil pilləsinin dövlət təhsil standartlarına uyğun hazırlanmış və rektor tərəfindən təsdiq edilmiş tədris planları əsasında həyata keçirilir. Təhsil 3 dildə – Azərbaycan, rus və ingilis dillərində aparılır. Universitetdə dünyanın bir çox ölkələrindən 1000 yaxın tələbə də təhsil alır. Tədris prosesinə 127 kafedrada 1500-ə yaxın professor-müəllim heyəti cəlb edilmişdir. Bununla yanaşı, BDU-da Tətbiqi Riyaziyyat və Fizika Problemləri elmi-tədqiqat institutları, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərini, genetika, nanotexnologiya, nanomaterialların alınması problemlərini ehtiva edən çox geniş spektrdə mövzular üzrə elmi araşdırmalar aparan 30 elmi-tədqiqat laboratoriyası və mərkəz fəaliyyət göstərir.

     Bakı Dövlət Universiteti beynəlxalq əlaqələri inkişaf etdirir. Hazırda Bakı Dövlət Universiteti dünyanın 50-dən artıq aparıcı universiteti ilə ikitərəfli əməkdaşlıq edir: Rusiyanın Moskva Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu, Sankt-Peterburq Dövlət Universiteti, Rusiya Dövlət Humanitar, Həştərxan Dövlət Universiteti, Universiteti Türkiyənin Ankara Universiteti, Gazi Universiteti, Fırat Universiteti, Süleyman Dəmirəl Universiteti, Gebze Yüksək Universiteti, İstanbul Aydın Universiteti, Yıldız Texnik Universiteti və s.

     Bakı Dövlət Universiteti Avropa elm və təhsil məkanında tanınır və nüfuzlu universitet kimi qəbul edilir. Bu məkanda elə bir proqram, yaxud inteqrasiya prosesi yoxdur ki, onlarda Bakı Dövlət Universiteti hər hansı bir dərəcədə iştirak etməsin.

 

Ünvan: Akademik Zahid Xəlilov küçəsi - 23
Indeks: AZ 1148
Bakı şəhəri, AZ-1073/1
Azərbaycan Respublikası
Tel: (+994 12) 439-08-58, (+994 12) 439-05-17
Website: bsu.edu.az
Faks: (+994 12) 598-33-76
E-mail: info@bsu.az


XƏBƏRLƏR

"Bir" Tələbə-Könüllü proqramı məhz sənin ü&cced... ətraflı oxu

“BİR” TƏQVİM



Universitetin könüllülərinin siyahısı
  • Rövşən Salmanov
  • Rəvan Əzizov
  • Ayten Eliyeva
  • Gulnar Qurbanzade
  • Ilahə Əlizadə
  • Sekine Mehraliyeva
  • Erkinaz Huseynli
  • Tahmina Anvarli
  • Elxan Huseynov
  • Efsane Cemilli
  • Fəridə Həsənli
  • Huseyn Huseynov
  • Sirac Bayramov
  • Aysel Şirinova
  • Elnare Ceferzade
  • Röyal Məmmədov
  • Samir Zeynalov
  • Təmraz Nəsirli
  • Günel Əlizadə
  • Sahib Mehdili
  • Gülnare Elizade
  • Günel Nağıyeva
Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 10

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12