Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının, indiki Bakı Musiqi Akademiyasının 93 ili tamam olmuşdur.
Respublikanın ali misiqi təhsil ocağı bir çox nailiyyətlər və qələbələr əldə edərək çətin yollar keçmişdir. Konservatoriya milli musiqi mədəniyyətinin uğurlu inkişafına köməklik göstərmiş və respublikadan uzaqlarda da rəğbət və hörmət qazanmışdır.
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bilavasitə «sələfi» xalq konservatoriyası 1920-ci il may ayının 25-də respublikanın xalq komissarlığı maarif şöbəsinin qərarı ilə açılmışdır.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra” Kamera Orkestri 2011-ci ildən fəaliyyətə başlamışdır. Orkestrin tərkibinə gənc Beynəlxalq Müsabiqə laureatları və istedadlı ifaçılar daxildir.
Hazırda müxtəlif klublar yaranıb: «Musiqişünaslar klubu», «Bəstəkarlar klubu», «İfaçılar klubu», «Pianoçular klubu». Tanınmış bəstəkarlar, musiqi xadimləri, yazıçılarla tez-tez görüşlər keçirilir. Bu yaradıcılıq görüşlərində ən müxtəlif problemlər işlənilir, öyrənilir və müzakirə edilir..
Ü.Haclbəyli adına Bakı Musiqi Akademiyasının bir çox ali təhsil müəssisələri ilə müqavilə imzalanmış və bu müqavilələr əsasında elmi konfranslar, konsertlər keçirilmişdir və əlaqəli şəkildə birgə yaradıcılıq fəaliyyəti göstərilmişdir.
BMA-nın nəzdində opera studiyası, onbirillik məktəb-studiya, kitabxana, səsyazma kabineti, tələbə elmi cəmiyyəti, iki elmi laboratoriya ("Qədim musiqi alətlərinin bərpası və təkmilləşməsi" və "Şifahi ən’ənəli Azərbaycan musiqisinin tədqiqi problemləri"), aspirantura şö’bəsi, ixtisasartırma fakültəsi vardır. 1991-ci ildən BMA-nın Şuşa filialı fəaliyyət göstərir. Akademiyada hal-hazırda 315 müəllim, o cümlədən 7 elmlər doktoru, 49 professor, 52 dosent, 58 elmlər namizədi işləyir. BMA-da Mülki Müdafiə kursu fəaliyyət göstərir. BMA zəmanəmizin bir çox ali musiqi təhsili ocaqları ilə səmərəli əlaqələr yaratmışdır. BMA-nın mə’zunları tə’yinatla Mədəniyyət və Təhsil Nazirliyi sisteminə göndərilir.
Ünvan: Ş.Bədəlbəyli küçəsi, 98
Tel: (+994 12) 493-37-81
Website: musicacademy.edu.az