-
-
"BİR" Tələbə - Könüllülər "Vətən var olsun!" flaşmobunda iştirak edəcək!27.09.2021
-
İkinci Qarabağ müharibəsi – dövlətçilik tariximizin ən şərəfli səhifəsi09.09.2021
-
"BİR" Tələbə - Könüllülər Bakı Təhsil İşçilərinin Sentyabr Konfransında21.09.2021
-
Bakalavr səviyyəsi üzrə tədrisə gələcək tələbələrə tələbə-könüllülər öz könüllü dəstəklərini göstərə07-23.09.2021
-
-
-
"BİR" Tələbə - Könüllülər “Təhsil və Media Dialoqu” tədbirində!16-17.09.2021
-
-
“Böyük Dəbilqə” beynəlxalq cüdo turnirində #BİR olaq!05-07.11.2021
-
"Bir Könüllü" Təşkilatı 2021-ci il noyabr-yanvar ayları üzrə Təcrübə Proqramı elan edir!2021

13 iyun 2000-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında öz istiqaməti üzrə unikal bir tədris ocağı kimi tanınan və bütün Şərq bölgəsində nadir ixtisaslar üzrə peşəkar kadr hazırlığını həyata keçirən ali məktəb - Bakı Slavyan Universiteti yaradılmışdır.
Bu gün Bakı Slavyan Universiteti unikal təhsil və mədəniyyət mərkəzi kimi slavyan xalqlarının mənəvi dəyərlərini tədqiq edir.
BSU-da yeddi fakültə, magistratura və qiyabi təhsil şöbələri, Məktəb-lisey kompleksi fəaliyyət göstərir. Filologiya fakültəsi rus və roman-german filologiyası və müvafiq dillər üzrə müəllim hazırlığını həyata keçirir. Jurnalistika və Azərbaycan filologiyası fakültəsində müvafiq ixtisaslar üzrə kadrlar hazırlanır.
Bakı Slavyan Universitetinin nəzdində respublikada ilk dəfə olaraq 2007-ci ildə Yaradıcılıq fakültəsi fəaliyyətə başlamışdır.Yaradıcılıq fakültəsinin məqsədi Azərbaycanda tələbələrin və istedadlı gənclərin estetik-bədii tərbiyəsinin gücləndirilməsinə, yaradıcılıq potensialının aşkarlanması və püxtələşməsinə, ədəbi mühitin formalaşmasına təkan verməkdir.
Universitetin Magistratura şöbəsində «Dilşünaslıq», «Filologiya», «Regionşünaslıq», «Beynəlxalq münasibətlər» , «Maarif», «Jurnalistika» istiqamətlərində müxtəlif ixtisaslar üzrə magistr hazırlığı həyata keçirilir.
Əcnəbi tələbələrlə iş üzrə dekanlıq, Məktəb-lisey kompleksi, Qiyabi şöbə də universitet həyatında əhəmiyyətli yer tutur.
Bu gün Bakı Slavyan Universitetində 34 kafedra fəaliyyət göstərir. Universitetin professor-müəllim heyətinə 50-yə qədər elmlər doktoru, professor, 200 elmlər namizədi, dosent və 200-dən yuxarı baş müəllim və müəllim daxildir.
Bakı Slavyan Universitetində Kredit sistemi 2005-ci ldən tətbiq olunmağa başlayıb.
Yarandığı gündən BSU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi universitetin inkişafında ən mühüm istiqamətlərindən biri olmuşdur. Bu dövrdə xarici ölkələrin bir çox qabaqcıl təhsil və elm mərkəzləri ilə əlaqələr qurulmuş, əməkdaşlığa başlanılmışdır. Əməkdaşlıq universitetlər arasında bağlanılmış müqavilələr əsasında qurulur və müəllim və tələbələrin mübadiləsi, müştərək elmi araşdırmalar, müəllimlərin ixtisasartırması, informasiya və elmi-metodik ədəbiyyat mübadiləsi kimi sahələri əhatə edir.
Universitet Rusiya, Ukrayna, Bolqarıstan, Polşa, Fransa, Türkiyə, Yunanıstan, İsveçrə, Almaniya, Gürcüstan, Macarıstan, Litva və digər ölkələrin nüfuzlu ali təhsil müəssisələri ilə sıx münasibətlər yaratmışdır.
Ünvan: AZ-1014, Bakı şəhəri, S.Rüstəm küç., 33.
Tel: (+994 12) 441-50-68
Website: bsu-edu.org
E-mail: info@bsu-edu.org