Gəncə Dövlət Universiteti

   Gəncə Dövlət Universiteti 1938-ci ildə ikiillik Gəncə Müəllimlər İnstitutu kimi fəaliyyətə başlamışdır. 5 illik fəaliyyətdən sonra tam ali təhsil verən H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu kimi yolunu davam etdirmişdir. 2000-ci ildən Gəncə Dövlət Universiteti kimi fəaliyyət göstərir. Universitetdə tədris bakalavr (təhsil müddəti əyani 4 il, qiyabi 5 il) və magistr (təhsil müddəti 2 il) pillələrində aparılır. Hal-hazırda Universitetdə 3400-dən çox tələbə təhsil alır və 37 tədris kafedrasında 15 elmlər doktoru-professor, 170 elmlər namizədi-dosent, 400-ə yaxın baş müəllim və müəllim çalışır.

   Universitetin 3 tədris korpusu, kitabxanası, idman zalı, yataqxanası və müasir kompyuter avadanliğı ilə təhciz olunmuş informasiya mərkəzi vardır. Universitetdə distant təhsil metod­la­rının tətbiqi ilə fəaliyyət göstərən "Cisco Şəbəkə Akademiyasının – GDU filialı" tələbələrin müasir İnformasiya-kommunikasiya texnologiyaları sahəsində mütəxəssis kimi hazırlığına xidmət edir.

Universitetin bakalavr pilləsində 31 ixtisas üzrə kadrlar hazırlanır. Bu proses 8 fakültədə və qiyabi şöbədə aparılır.

   GDU beynəlxalq əlaqələrin qurulmasına, genişlənməsinə və qabaqcıl dünya təcrübəsindən istifadəsinə çox önəm verir. 1995-ci ildə Gəncə Dövlət Universitetində beynəlxalq əlaqələr şöbəsi yaradılmışdır. Elə bu ildən etibarən GDU Avropa İttifaqının “TEMPUS” təhsil proqramı ilə əlaqə saxlamaq üçün fəal təşəbbüs göstərmişdir. Bu məqsədlə Fransanın Amien şəhərinin Jül Vern adına Prikardiya Universitetinin professor ekspertləri Sarqur Qamçal və Kolet Pikar GDU-nə dəvət olunmuşlar.

   Gəncə Dövlət Universiteti özünün maddi-texniki bazasını daim artırır, inkişaf etdirir, yüksək ixtisaslı və geniş dünyagörüşlü kadrlar hazırlığı vəzifəsini müvəffəqiyyətlə yerinə yetirir. İndi universitetdə yalnız Qərb bölgəsində deyil, respublikanın bütün guşələrində olan tələbələr təhsil alır. 

   Bundan başqa GDU Türkiyənin Kars Kafkaz Universiteti, Fransa Səfirliyinin Mədəniyyət Şöbəsi, Almaniya Respublikası Səfirliyi, Almanyanın “DAAD” təşkilatı, “Tasis” proqamı üzrə “Avropa dilləri öyrədilməsi mərkəzi”, Ingiltərənin Nottingem Trent Universiteti ilə əməkdaşlıq edir.

 

Ünvan: Gəncə, Azərbaycan

Website: gdu.edu.az

 


XƏBƏRLƏR

"Bir" Tələbə-Könüllü proqramı məhz sənin ü&cced... ətraflı oxu

“BİR” TƏQVİM



Universitetin könüllülərinin siyahısı
  • Eldar Mehtizadə
  • çinarə Məhərrəmli
  • Aysel Aliyeva
  • Gullu Qurbanova
  • Sona Qurbanova
  • Reshide Pashayeva
  • Binnet Hesenzade
  • İrşad Əsgərov
  • Ruhane Qurbanova
  • Ilhame Memmedova
  • çiçək Quliyeva
  • Gulnar Rustemova
  • Mətanət Hüseyinli
  • Cemile Bagirova
  • Şıxeli Hüseynli
  • Leyla Agayeva
  • Muxtar Muxtarzadə
  • Ismayil Velizade
  • Abdulla Mədinov
  • Sevda Məmmədova
  • Ruhane Qurbanova
  • Revane Elekberova
  • Ismayil Velizade
  • Sultan İsgəndərov
  • Qalib Məhərrəmzadə
Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 10

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12