-
-
"BİR" Tələbə - Könüllülər "Vətən var olsun!" flaşmobunda iştirak edəcək!27.09.2021
-
İkinci Qarabağ müharibəsi – dövlətçilik tariximizin ən şərəfli səhifəsi09.09.2021
-
"BİR" Tələbə - Könüllülər Bakı Təhsil İşçilərinin Sentyabr Konfransında21.09.2021
-
Bakalavr səviyyəsi üzrə tədrisə gələcək tələbələrə tələbə-könüllülər öz könüllü dəstəklərini göstərə07-23.09.2021
-
-
-
"BİR" Tələbə - Könüllülər “Təhsil və Media Dialoqu” tədbirində!16-17.09.2021
-
-
“Böyük Dəbilqə” beynəlxalq cüdo turnirində #BİR olaq!05-07.11.2021
-
"Bir Könüllü" Təşkilatı 2021-ci il noyabr-yanvar ayları üzrə Təcrübə Proqramı elan edir!2021

Lənkəran Dövlət Universiteti Respublika Nazirlər Kabinetinin 1991-ci il 25 sentyabr tarixli 319 saylı qərarı ilə Bakı Dövlət Universitetinin filialı kimi fəaliyyətə başlamış, Nazirlər Kabinetinin 1992-ci il 23 iyul tarixli 403 saylı qərarı ilə müstəqil Dövlət Universitetinə (LDU) çevrilmişdir.
Universitetdə 4 fakültə: humanitar elmlər, təbiyyat, iqtisadiyyat və pedaqoji fakültələr fəailiyyət göstərir. Universitetdə 200 nəfərdən artıq professor-müəllim heyəti fəaliyyət göstərir. Onlardan: 2 nəfəri akademik, 30 nəfəri elmlər doktoru, professor, 90 nəfəri elmlər namizədi, dosent və baş müəllimdir.
Lənkəran Dövlət Universitetində 4 fakültə, 11 kafedra, 1 problem elmi-tədqiqat laboratoriyası, 15-dən çox tədris laboratoriyası və mərkəzləri fəaliyyət göstərir.
Dövlət Universitetinin 30-dan çox xarici ölkələrin universitetləri və elm mərkəzləri ilə təhsil, elm və mədəniyyət sahəsində əlaqələri vardır.
Lənkəran Dövlət Universiteti Xəzəryanı Ölkələrin və Avrasiya Universitetləri Assosasiyalarının üzvüdür. Universitet Avropa və Asiya ölkələrinin bir sıra ali məktəbləri ilə əməkdaşlıq sahəsində müqavilələr bağlamışdır.
Fransanın Mark Blok adına Strasburq Universiteti ilə bağlanmış müqaviləyə əsasən hər il bir neçə müəllim tədris prosesində və diplom işlərinin müdafiəsində iştirak etmək üçün Lənkəran Dövlət Universitetinə dəvət olunurlar. Hər il qarşılıqlı şəkildə müəllim və tələbə mübadiləsi aparılır.
Hazırda Lənkəran Dövlət Universitetinin tələbələri ABŞ, Çin Xalq Respublikası, Rusiya, Almaniya və Ukraynada təhsillərini davam etdirirlər.
Ünvan: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.
Sayt: lsu.edu.az
E-mail: office@lsu.edu.az;
Telefon: (+994) 025 255-03-40, 025 255-10-35;
Faks: (+994) 025 255-27-86