Mingəçevir Dövlət Universiteti

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 1335 saylı 24 iyul 2015-ci il tarixli Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universiteti yaradılması haqqında sərəncam imzalanmışdır. Sərəncama əsasən Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Mingəçevir filialının maddi-texniki bazasının Mingəçevir Dövlət Universitetinin balansına verilməsini təmin etmək və sərəncamdan irəli gələn digər məsələlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırıq verilmişdir.

   Onun yaradılmasında məqsəd regionda birinci olaraq innovasiya texnologiyalarından maksimum yararlanaraq regionun ehtiyaclarına uyğun kadr hazırlığının universallığını təmin edən, eyni zamanda yeni ixtisaslar üzrə kadrlara tələbatın ödənilməsi missiyasını şərəflə yerinə yetirən ali təhsil müəssisəsi formalaşdırmaq, təhsil və tərbiyə sahəsində yüksək mövqeyə nail olmaqdır.

   Bu məqsədə çatmaq üçün universitetin 3 fakültə və 11 kafedrasında çalışan müxtəlif elm sahələri üzrə 5 nəfər elmlər doktoru, 53 nəfər fəlsəfə doktoru, o cümlədən 31 nəfər professor və dosenti 1500 tələbənin rəqabətqabiliyyətli, dünya standartlarına cavab verən və innovasiya texnologiyalarından bacarıqla istifadə edə bilən mütəxəssis kimi yetişməsinə xidmət edəcəkdir.

   Universitet Mingəçevir şəhərinin mərkəzində yüksək səviyyədə təmir edilmiş, müasir tələblərə cavab verən üçmərtəbəli əsas binadan və şəhərin mərkəzində digər bir ərazidə (II korpus) üçmərtəbəli daha iki binada yerləşir.

   Universitetin əsas korpusunda sahəsi 3942,8 kv.m olan 24 auditoriya, müxtəlif fənn laboratoriyaları, kabinetlər, müasir standartlara uyğun idman-sağlamlıq kompleksi və 280 yerlik akt zalı vardır. Tədris prosesində eyni zamanda "Azərbaycan" İES MMC-də yaradılmış, ixtisas fənlərini daha mükəmməl mənimsəməyə imkan verən iki otaqdan – 20-30 yerlik auditoriyalardan istifadə olunur. Həmçinin, fizika, kimya laboratoriyaları, avtomobil, tərsimi həndəsə və mühəndis qrafikası, linqafon kabinetləri və digər tədris sahələri də müasir tələblərə uyğun formalaşdırılmışdır.

Universitetin II korpusuda yüksək səviyyədə təmir edilmiş pedaqoji ixtisas istiqamətində müxtəlif fənn kabinələri fəaliyət göstərir.

   Universitetin beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyi, tələbə-müəllim mübadiləsi və s. digər istiqamətləri özündə ehtiva edir.

 

Ünvan: Mingəçevir AZ 4500 Azərbaycan

Tel:  (+994 2427) 5-32-72

Fax: (+994 2427) 5-32-72

Website: mdu.edu.az

 


XƏBƏRLƏR

Könüllü olmaq zamandan, məkandan asılı deyil! Məhz elə bunun &... ətraflı oxu

“BİR” TƏQVİM



Universitetin könüllülərinin siyahısı
  • Arzuman Qasımov
  • şahane Eliyeva
  • Elçin Ahencani
  • Pərviz Məmmədov
  • Aslan Rəhimov
  • Cavid Sədiyev
  • Hənifə Omarova
  • Anar Azimov
  • Sübhan  Cumayev
  • Mehemmed Memmedov
  • Məsumə Ramazanova
  • Cavid Ismayilzade
  • Vüsal Hüseynov
  • Anar Nuriyev
  • Röyal  İsmayılov
  • Nihad Məmmədkərimov
  • Ayxan Ehmedov
  • Fərid Qoşqarlı
  • Bextiyar Eskerzade
  • Qorxmaz Əbdülov
  • Qorxmaz Əbdülov
  • Nurlan Hüseynov
  • Suleyman Mesimli
  • Nurlan Huseyinov
  • Rauf Mamedov
Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 10

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12