Sumqayıt Dövlət Universiteti

     13 iyun 2000-ci ildə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dovlət Universiteti yaradılmışdır. 5000-ə yaxın tələbə 26 istiqamət üzrə bakalavr, 53 ixtisas üzrə magistr hazırlanır. 2015-ci ildə 1695 tələbə qəbulu həyata keçirilmişdir.

     Universitetin 45 kafedrasında 5 nəfər AMEA-nın müxbir üzvü, 38 elmlər doktoru, professor; 160 elmlər namizədi, dossent; 193 nəfər baş müəllim və assistent, 15 aspirant, 65 dissertant, 10 doktorant fəaliyyət göstərir. 6 elmi-tədqiqat laboratoriyasında 35 elmi işçi elmin müxtəlif problemləri ilə məşğul olur. 2001-ci ildən SDU-nun "Elmi xəbərlər" (təbiət və texniki elmlər seriyası) məcmuəsi nəşr olunur.

     SDU-nun 3 tədris korpusu, 2 yataqxanası, müasir təhsil standartlarına uyğun auditoriya və laboratoriyaları, zəngin kitabxanası, müasir texnika ilə təchiz olunmuş informasiya-hesablama mərkəzi, nəşriyyat-poliqrafiya şöbəsi, idman kompleksi və yeməkxanası vardır.

     Universitetdə xarici dillərin tədrisinə xüsusi diqqət yetirilir. Böyük Britaniyanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən geniş çeşidli ədəbiyyat və müasir texniki ləvazimatlarla təchiz olunmuş xarici dillər öyrədən mərkəz, "Statoil" və "Unocal" Neft Kompaniyalarının sponsorluğu ilə xüsusi "İqtisadiyyat" kitabxanası yaradılmışdır. "Internet Mərkəzi" və "İngilis dilli Resurs mərkəzi" fəaliyyət göstərir.

     Universitetin alimləri MDB ölkələrinin aparıcı universitetləri və elmi-tədqiqat mərkəzləri ilə, Fransanın Nitse, Sorbonna Universitetləri, Türkiyənin İstanbul Texniki Universiteti, Bursadakı Uludağ Universiteti, Pakistanın Sidh və Mehran universitetləri və Ukrayna Milli Texniki Universiteti ilə qarşılıqlı əməkdaşlıq edirlər.

 

Ünvan: Sumqayıt, 43cü məhəllə; AZ5008

Tel: (+994 18) 642-16-20

Faks: (+994 18) 642-02-70

Website: sdu.edu.az

E-mail: info@sdu.edu.az


XƏBƏRLƏR

Könüllü olmaq zamandan, məkandan asılı deyil! Məhz elə bunun &... ətraflı oxu

“BİR” TƏQVİM



Universitetin könüllülərinin siyahısı
  • Məhəmməd Əlizadə
  • Toğrul Hüseynli
  • Mirhüseyn Mirəyyubzadə
  • Test Test
  • ülvi Həzizadə
  • Tunar Ahmedov
  • Səlim Səlimov
  • Qədir Babayev
  • Heyder Ezizli
  • Əyyub Sadıqov
  • Gülhüseyin Rüstəmov
  • Xalid Xalidli
  • Zaur Həmidov
  • Ayten Meherremova
  • Araz Qasimov
  • Cebrayil Haciyev
  • Rövşanə Abbasova
  • Elvİn Ismayİlov
  • Nigar Memmedova
  • Cavansir Seferli
  • Elnur Zeynalov
  • Vüsal Qasımlı
  • Orxan Mayilov
  • Ramil Əzizli
  • Gulendam Huseynova
Bizimlə əlaqə

Ünvan: İçəri Şəhər, Böyük Qala 41

E-mail. bir@konullu.edu.az

Mob: (077) 421 11 10

Tel: (012) 497 15 11

Fax: (012) 497 15 12