Tez-tez soruşulan suallar

1. “Bir könüllü” təşkilatına üzv olmaq üçün nə zaman müraciət edə bilərik?

Üzv olmaq üçün istənilən zaman qeydiyyatdan keçmək mümkündür.

2. Üzv olmaq üçün hansısa sertifikat tələb olunurmu?

Xeyr, yalnız saytımızın qeydiyyat bölməsindən keçmək kifayət edir.

3. Kollec və yaxud peşə təhsil müəssisələrində təhsil alan tələbələr “Bir Könüllü” təşkilatına üzv ola bilərlərmi?

Bəli. Azərbaycan Respublikasının bütün kollec və yaxud peşə təhsil müəssisələrində təhsil alan tələbələr üzv ola bilər. Bunun üçün saytımızın qeydiyyat bölməsindən keçmək kifayət edir.

4. Təhsil aldığım müəssisə siyahıda olmadığı halda “Bir könüllü” təşkilatına qoşulmaq üçün nə etməliyəm?

Qeydiyyat zamanı müraciət anketini doldurduqda "Təhsil müəssisəsini seçin” xanasına “Digər” cavabını seçib, oxuduğunuz təhsil müəssisəsinin adını qeyd edə bilərsiniz. 

5. “Bir könüllü” təşkilatına yalnız tələbələr üzv ola bilər?

Bakalavr, magistr və ya orta ixtisas səviyyəsində təhsil alan tələbələr və eyni zamanda qeyd olunan təhsil pillələrinin məzunları üzv ola bilər. 

6. Biz qeydiyyatı uğurla bitirdikdən sonra nə etməliyik?

Qeydiyyatdan keçdikdən sonra saytımızın “Elanlar” bölməsini sosial şəbəkələrdə bizi izləməklə istədiyiniz layihələrə qoşula bilərsiniz.

7. Təşkilata üzv olmağın tələbələrə faydası nədir?

Təşkilatın əsas məqsədi qoşulan könüllülərin dünya görüşünün artırılması, yeni dostlar qazanmaq və unudulmaz anlar yaşamasına nail olunması, tələbəlik həyatını rəngarəng və faydalı keçirməsi, fərdi və ictimai fəaliyyətlərinin inkişafına şərait yaradılması, asudə vaxtının səmərəli təşkil olunması, şəbəkələşməsinin təmin olunması təklif olunan əsas imkanlardır.

8. “Bir könüllü” təşkilatının koordinatoru olmaq üçün nə etməliyik?

Təhsil aldığınız müəssisə üzrə koordinator olmaq üçün növbəti koordinator seçimləri zamanı müraciət edə bilərsiniz.

9. Sertifikatlarımızı necə əldə edə bilərik?

Şəxsi kabinet bölməsinə daxil olaraq iştirak etdiyiniz layihələrə uyğun olaraq sertifikatlarınıza baxa bilərsiniz

10. ID kodu nə etməliyəm?

Müraciət etdiyiniz layihələrdə iştirak etmək üçün ID kodun olması vacibdir. Bu kod sizin "Bir Könüllü" təşkilatında könüllü olduğunuzu təsdiq edir. 

11. ID kodu necə əldə bilərəm?

Şəxsi kabinet bölməsinə daxil olaraq ID kodu əldə edə bilərsiniz