Beynəlxalq əlaqələr


"Bir Könüllü" təşkilatı Batumi şəhərində "Rəqəmsal Sülh Quruculuğu: Gənclər üçün Onlayn Sülhün qurulması” adlı beynəlxalq Erasmus+ layihəsində iştirak edib.
14-21 aprel 2022-ci il tarixində ????Gürcüstanın Batumi şəhərində “Rəqəmsal Sülh Quruculuğu: Gənclər üçün Onlayn Sülhün qurulması” adlı beynəlxalq Erasmus+ layihəsi keçirilib.
“Bir Könüllü” Təşkilatının əməkdaşlarının və könüllülərinin də iştirak etdiyi 7 günlük tədbirin əsas məqsədi 7 ölkənin 35-dən çox gəncini bir araya toplayaraq təhsil və gənclər siyasəti sahəsində, innovativ işlərdə və ümumi öyrənmə proseslərində gənclərin hüquqları və onlara verilən səlahiyyətlər, nifrət nitqi, saxta xəbərlər, kiberhücum (virtual hücum) problemlərini müzakirə etmək, ölkələrdə rəqəmsallaşma ilə bağlı gördükləri işlərlə tanış olmaq, eləcə də müxtəlif ölkələrin təcrübələrindən istifadə etməyə şərait yaradan vahid məkan yaratmaqdır.
2 əməkdaş və 3 könüllümüz interaktiv şəkildə keçirilən tədbirdə müxtəlif ölkələrdən olan mütəxəssislər və təlimçilərin vorkşop və təlimlərində fəal iştirak ediblər. Belə ki, iştirakçılar “Nifrət Nitqinə yox”, “Tənqidi düşüncə tərzi”, “Sülh quruculuğu nədir?” adlı təlimlərdən sonra keçirilən komanda quruculuğu oyunlarında aktiv şəkildə iştirak edərək öz layihələrini reallaşdırmaq üçün bilik və bacarıqlarını artırıblar.