Koordinatorlar

"Bir Könüllü" Təşkilatının təhsil müəssisələrində fəaliyyət göstərən, tələbə-könüllülərlə işin sistemləşdirilməsini əlaqələndirən şəxsdir. Təhsil aldığı müəssisədə davamlı olaraq tələbələri könüllü fəaliyyətə cəlb etməyə və təhsil müəssisəsi üzrə “Bir Könüllü” komandasını formalaşdırıb onların layihələrdə iştirakının təmin edilməsinə, onlarda təşəbbüskarlığın formalaşdırılmasına, layihə təklifi zamanı könüllülərin fikir və ideyalar verməsinə dəstək olur. Eyni zamanda, təmsil etdiyi təshil müəssisəsinin tələbə-könüllü olmaq üçün müraciət etmiş tələbələrinin müsahibə mərhələsinin uğurla tamamlanmasını icra edir.